Rüstəm Orucov da bürünc medalla kifayətləndi
Cənubi Koreyanın Jeju şəhərində keçirilən Qran-Pri yarışının ikinci günü də Azərbaycan idmançıları üçün uğurlu olub. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mübarizəyə isveçli Tommi Masias, polşalı Damian Şvarnoveski və Koreya təmsilçisi Sen-Ge Çai məğlub edərək başlayıb.

Lakin yarımfinalda cüdoçumuz belçikalı idmançı Dirk van Tiçeltə məğlub olub. Orucov bürünc medal uğrunda döyüşdə daha bir Belçika təmsilçisi Sami Çouçi ilə qarşılaşıb. Gərgin keçən mübarizədə Rüstəm Orucov rəqibini məğlub edərək Qran-Prinin bürünc medalını qazanıb.

81 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən digə iki cüdoçumuz – Əbdülhəqq Rəsullu və Hüseyn Rəhimli isə məğlub olaraq mübarizəni dayandırmalı olublar.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisinin aktivində 2 bürünc medal var. Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) Qran-Prinin bürünc medalına sahib olublar.

Xəbər 732 dəfə oxundu.