FIDE və BADA şahmatçı üçün nəyin dopinq olduğunu birgə müəyyən edəcəklər
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov Moskvada keçirdiyi mətbuat konfransında başçılıq etdiyi qurumun şahmatda dopinqə qarşı mübarizə sahəsində Dünya Antidopinq Agentliyi (BADA) ilə əməkdaşlıq edəcəyi barədə məlumat verib.

K.İlyumjinov deyib: “Biz birgə işçi qrupu yaratmışıq. Bu qrup şahmatçı üçün nəyin dopinq olduğunu müəyyən etməlidir”. Yəni FIDE-nin prezidenti rəsmi şəkildə etiraf edib ki, hazırda qurumun himayəsi altında keçirilən iri yarışlarda tətbiq edilən şahmatçılara antidopinq nəzarəti sisteminin heç bir mənası yoxdur, çünki nə axtarıldığı məlum deyil.

K.İlyumjinov fikrini belə davam etdirib: “Biz şahmatçıların nə kimi fiziki səylər göstərdiyini öyrənmək üçün Belçika Bədən Tərbiyəsi və İdman İnstitutu ilə müqavilə imzaladıq. Sən demə, şahmatçılar çəkilərini itirirlər. Məsələn, şahmatçılardan biri matç zamanı 20 kiloqramadək çəkisini itirib. Onlar əllərini və ayaqlarını gərgin vəziyyətdə saxlayır, başqa fiziki fəallıq nümayiş etdirirlər. Dərmanların siyahısı tərtib edilib”.

Xəbər 649 dəfə oxundu.