Orxan Səfərov Qran-Prinin bürünc medalını qazanıb
Koreya Respublikasının Jeju şəhərində keçirilən Qran-Pri yarışının ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Milli komandamızın üzvü Orxan Səfərovun turnirin bürünc medalını qazanıb. 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Qran-Priyə Tayvan təmsilçisi Yunq Vey Yanq və ispaniyalı Fransisko Harriqosa üzərində qələbə ilə başlayıb.

Səfərov daha sonra komanda yoldaşı İlqar Müşkiyevlə qarşılaşıb. Müşkiyev isə buna qədər Belçika cüdoçusu Senne Uins və Valide Hyarı mübarizədən kənarlaşdırıb. Cüdoçularımızın duelindən Səfərov qalib ayrılıb. Yarımfinalda təmsilçisi Boldbatar Hanbata (Monqolustan) uduzan idmançımız bürünc medal uğrunda döyüşdə Venesuela təmsilçisi Havyer Quedsədən güclü olub. Mükiyev isə təsəlliverici görüşdə Braziliya cüdoçusu Erik Takabataka məğlub olub.

Digər təmsilçimiz, 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə mübarizəyə ikinci turdan, Belçika idmançısı Kennet van Qensbeki məğlub edərək qoşulub. Daha sonra o, macarıstanlı Bens Zamboriyə qalib gəlib. Dörddəbir finalda Qazaxıstan təmsilçisi Azamat Mukanova qarşı görüşdə Şıxəlizadə rəqibindən üstün olsa da ciddi zədələnib. Görüşü zədəli olaraq davam etdirən Nicat yarımfinala çıxa bilməyib. Buna görə də, cüdoçumuz təsəlliverici görüşə də qatılmayıb.

Xəbər 745 dəfə oxundu.