Kişilər arasında Azərbaycan Çempionatına start verilib
Bu gün Respublika Şahmat Mərkəzində Kişilər arasında Azərbaycan Çempionatına (birinci dəstə) start verilib.

Yarışda 2014-cü ilin I dəstənin 5 mükafatçısı, Bakı çempionatının 5 mükafatçısı, seçmə yarışın 3 mükafatçısı,kişilər arasında beynəlxalq əmsalı 2200-dən az olmayan şahmatçılar, yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri (14,16,18 vэ 20 yaş), Dünya və Avropa birinciliklərinin mükafatçıları(12-20 yaş),uşaq olimpiadasının 3 qalibi, qadınlar arasında BQ,BU və FİDE ustaları və beynəlxalq əmsalı 2000-dən az olmayanlar oynamaq hüququ qazanıb.

Çempionatda I yeri tutan şahmatçı yüksək dəstədə oynamaq hüququ qazanacaqdır. II yeri tutan şahmatçı isə yüksək dəstəyə birinci namizəd hesab edilir. Yarışın mükafat fondu 1000 AZN təşkil edir və I-V yerlər mükafatlandırılacaq.

Çempionat isveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir və dekabrın 5-də başa çata

Xəbər 639 dəfə oxundu.