Zərdabda rayon birinciliyi keçirilib
12-21 noyabr tarixlərində Zərdab rayonunda Milli Dirçəliş gününə həsr olunmuş üzrə rayon birinciliyi keçirilib.

Şahmat dama kulubunda 65 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 17 noyabr Milli Dirçəliş gününü qeyd etmək və rayonda idmanın şahmat növünü inkişaf etdirmək olub.

Yekun nəticələrə görə 10 yaşdan aşağı oğlan şahmatçılar arasında İsa Xəlilzadə birinciyə, Rəvan Xəlilzadə ikinciyə, Faiq Qədirov üçüncüyə, qızlar arasında Gültac Əhmədzadə birinciyə, Cəmil Cavazadə ikinciyə, Rumiyyə Eminova üçüncüyə; 10 yaşdan yuxarı oğlan şahmatçılar arasında Seymur İbrahimli birinciyə, Elçin Xəlilov ikinciyə, İsrayıl İsmayılov üçüncüyə, qızlar arasında Günay Məmmədova birinciyə, Əsmər Zeynalova ikinciyə, Ülviyyə Mürsəliyeva üçüncü yerə layiq görülüblər.

Xəbər 831 dəfə oxundu.