Vüqar Həşimovun komandası növbəti dəfə sevindi
Milli komandamızın aparıcı şahmatçısı Vüqar Həşimovun Almaniya Bundesliqasında şərəfini qoruduğu «Verder» klubu növbəti görüşünü keçirdib. İdman.com.az saytının məlumatına görə, IX turda Bremen təmsilçisi səfərdə «Mülheym»lə görüşüb. Matç həmyerlimizin komandasının qələbəsi ilə bitib – 5,5:2,5.

Bu uğurda qrossmeysterimizin də payı olub. O, 1-ci lövhədə Maksim Vaşyer-Laqra ilə heç-heçə edib. Hesabında 15 xal olan «Verder» yarış cədvəlinin 2-ci pillədəki mövqeyini qoruyur. İlk yeri Vüqarın ötənilki komandası «Baden Baden» tutur (16 xal).

Xəbər 1153 dəfə oxundu.