Azərbaycan paralimpiyaçısı pauerliftinq üzrə Avropa çempionatında bürünc medal qazanıb
Macarıstanın Eger şəhərində paralimpiyaçılar arasında pauerliftinq üzrə açıq Avropa çempionatı keçirilir.

Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq üzrə yığma komandası da iştirak edir.

Komandamızın üzvü Əhməd Razm Azar çempionatda 174 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.

Avropa çempionatına noyabrın 30-da yekun vurulacaq.

Xəbər 698 dəfə oxundu.