Qurban Qurbanov: Biz ən yaxşı oyunumuzu ortaya qoymağa çalışacağıq
Çalışacağıq ki, düzgün və səhvsiz oynayaq. Azarkeşlərimiz bizdən yaxşı oyun gözləyirlər. Güclü komandaya qarşı oynayacağıq. Rəqib çox yaxşı formadadır.

Bu sözləri UEFA Avropa Liqası qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ”-“Tottenhem” qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi futbolçuların yaxşı çıxış edəcəyinə əminliyini bildirərək rəqib komandanın heyətində güclü oyunçuların olduğunu vurğulayıb: “Rəqibin yeddi üzvünün Bakıya gəlməməsi onlar üçün ciddi problem deyil. Çünki “Tottenhem” böyük klubdur. Bütün oyunçular əllərinə düşən imkandan istifadə etməyə çalışır. Meydana daha istəkli və yorğun olm9ayan futbolçular çıxacaq. Bu da bizə problem yarada bilər”.

Heyətdə dəyişikliyin ola biləcəyini qeyd edən Q.Qurbanov deyib: “Belə görüşlərdə təcrübəli və sabit oynayan futbolçuların iştirakı vacibdir. Rəşadla bağlı qərar isə sabah səhər müayinədən sonra məlum olacaq”.

Xəbər 673 dəfə oxundu.