Milli futbolçumuzun komandasından qələbə
21 yaşadək futbolçulardan ibarət yığma komandamızın üzvü Cihan Özqaranın çıxış etdiyi “Sivasspor” Türkiyə Superliqasında növbəti oyununu keçirib. İdman.com.az saytı xəbər verir ki, Sivas təmsilçisi səfərdə “Mersin İdman Yurdu” klubu qarşılaşıb.
Üstün oyun nümayiş etdirən qonaqlar 5:1 hesablı qələbə qazanıblar. Həmyerlimiz bu matçın iştirakçısı olmayıb. O, 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.

Xəbər 896 dəfə oxundu.