«Qəbələ» PAOK-la oyunun hazırlığına start verdi
“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK-la (Saloniki, Yunanıstan) oyununun hazırlıqlarına start verib. Topaz Premyer Liqasının XIII turunun noyabrın 21-də “Sumqayıt”la səfərdə keçirilən oyunundan (2:2) sonra məşqlərinə 1 günlük fasilə verən “qırmızı-qaralar” hazırlıqlarını bərpa edib. Komandamız bu gün Qəbələdə məşq keçib. Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Sabah “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi səhər baş tutacaq. “Qəbələ” Salonikiyə noyabrın 25-də yollanacaq. Oyunöncəsi son məşq də qarşılaşmanın keçiriləcəyi arenada baş tutacaq.

Xatırladaq ki, qrupda son səfər oyununa çıxacaq komandamızın PAOK-la noyabrın 26-da baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Oyunu danimarkalı hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
V tur, 26 noyabr
C qrupu
00:05. PAOK (Saloniki, Yunanıstan) - “Qəbələ”
Baş hakim: Yakob Kehlet (Danimarka)
Baş hakimin köməkçiləri: Henrik Larsen, Lars Riks (hər ikisi Danimarka)
Əlavə köməkçi hakimlər: Mads-Kristoffer Kristoffersen, Peter Kyesqard-Andersen (hər ikisi Danimarka)
Dördüncü hakim: Lars Hummelqard (Danimarka)
UEFA nümayəndəsi: Kris Bellon (Belçika)
Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)
Saloniki. “Tumba” stadionu

Xəbər 722 dəfə oxundu.