Cüdoçularımızın Çecu Qran-prisindəki ilk rəqibləri bilindi
Noyabrın 26-da Koreya Respublikasının Çecu şəhərində cüdo üzrə Qran-pri turnirinə start veriləcək.

Artıq Azərbaycan idmançılarının ilk rəqibləri məlum olub. Belə ki, Orxan Səfərov (60 kq) Yunq Vey Yanq (Tayvan), İlqar Müşkiyev (60 kq) belçikalı Senne Uins, Nicat Şıxəlizadə (66 kq) Yanq-Sun Han (Koreya Respublikası) - Kennet Van Qensbeke (Belçika) görüşünün qalibi, Rüstəm Orucov (73 kq) İsveç təmsilçisi Tommi Masias, Əbdülhaqq Rəsullu (81 kq) Eyon Kulan (Avstraliya), Hüseyn Rəhimli (81 kq) Seydai Sato (Yaponiya), Məmmədəli Mehdiyev (90 kq) Qerqori Ceremi (İndoneziya), Ramin Qurbanov (90 kq) çilili Rafael Romo, Elmar Qasımov (100 kq) Hüseyn Şah (Pakistan), Elxan Məmmədov (100 kq) Quan Ji Lu (Tayvan), Uşanqi Kokauri (100 kq-dan yuxarı) isə Sumq-Von Çoi (Koreya Respublikası) ilə üz-üzə gələcəklər.

Xəbər 743 dəfə oxundu.