U-15 komandasından 6:0 hesablı qələbə
“Neftçi” PFK-nın U-15 komandası AFFA-nın təşkil etdiyi Boulevard Hotel U-15 liqasında ardıcıl 7-ci qələbəsini qazanıb. Komanda XIII turda “Neftçi” İK İB-ni (Siyəzən) 6:0 hesabı ilə məğlub edib. “Neftçi”nin heyətində Vüsal Əsgərov və Orxan Fərəcov “dubl”a imza atıblar. Hərəyə bir dəfə isə Yaqub Hüseynov və Turan Əhmədov fərqləniblər.

Xəbər 785 dəfə oxundu.