Azərbaycan idmançıları Mixail İqnatyevin mükafatları uğrunda mübarizə aparacaqlar
Dekabrın 10-11-də “Çeboksarı Arena” Buz Sarayında qadınlar arasında sərbəst güləş üzrə Rusiya Açıq Kuboku yarışları keçiriləcək.

Çuvaşiyanın rəhbəri Mixail İqnatyevin mükafatları uğrunda mübarizə aparılacaq bu yarışlarda rusiyalı idmançılarla yanaşı xarici atletlərin də iştirak edəcəyi gözlənilir. İndiyə qədər Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-ı təmsil edən əllidən çox idmançı Rusiya Açıq Kubokunda iştirak edəcəyini təsdiqləyib.

Rusiya Açıq Kuboku yarışlarının medalları uğrunda qadın güləşçilər 8 çəki dərəcəsində (48, 53, 55, 58, 60, 63, 69 və 75 kq) özlərini sınayacaqlar.

Yarış yeni formatda ilk dəfə keçiriləcək: turnirin ilk günündə bütün çəki dərəcələrində ilkin döyüşlər keçiriləcək, ikinci gün səhər proqramında bürünc mükafatların sahibləri müəyyən ediləcək, həmin gün axşam isə bütün çəki dərəcələrində final görüşləri keçiriləcək.

Xəbər 730 dəfə oxundu.