Dünya çempionatında daha bir həmyerlimiz qələbə qazanıb
Hyustonda keçirilən ağır atletika üzrə dünya çempionatında daha bir həmyerlimiz qələbə qazanıb. 77 kq çəki dərəcəsində çıxış edən Nicat Rəhimov bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. O, toplam 372 kq (165+207) nəticə göstərərək qələbəsinə heç bir şübhə qoymayıb.

İstedadlı atletimiz bu çempionluğu Qazaxıstan milli komandasının üzvü kimi bayram edib. Ötən il Azərbaycandan ayrılan 22 yaşlı Nicat Rəhimov bu müddət ərzində yaxşı hazırlaşaraq dünya çempionatında çıxış etmək imkanı qazanıb və ümidləri doğruldub.

Nicat Rəhimov 2010-cu ildə ölkəmizin bayrağı altında yeniyetmələr arasında Olimpiya çempionu adını qazanmışdı. “Zirvə” İdman Klubunun yetirməsi olan bu atletin böyük gələcək vəd etdiyi aşkar idi. Klubumuzun yarışlarında dəfələrlə qalib olan, çempionluqlar yaşayan Rəhimov, beynəlxalq arenada uğurlarının davamını gətirirdi.

Xəbər 835 dəfə oxundu.