Kiyevin “Dinamo” komandası “Portu”nun meydanında qalib gəlib
Noyabrın 24-də Portuqaliyanın Portu şəhərində yerli “Portu” komandası UEFA Çempionlar Liqasının qrup turnirinin 5-ci turunda “Dinamo” (Kiyev) ilə görüşüb.

Bu oyun 2:0 hesabı ilə “Dinamo”nun xeyrinə başa çatıb.

Qolları 35-ci dəqiqədə Yarmolenko (penalti) və 64-cü dəqiqədə Derlis vurub.

Dekabrın 9-da “Dinamo” İsrailin “Makkabi” komandası ilə görüşəcək. Həmin oyunda kiyevlilər qalib gələcəyi təqdirdə “Dinamo” Çempionlar Liqasının pley-off mərhələsinə çıxacaq.

AZƏRTAC

Xəbər 683 dəfə oxundu.