Azərbaycan kikboksçuları İrlandiyada mübarizə aparırlar
Azərbaycan kikboksçuları Dublində WAKO-nun full-kontakt və layt-kontak döyüş növləri üzrə dünya çempionatında iştirak edirlər.

Bu barədə Azərbaycan Kikboksinq Federasiyasından bildiriblər.

Ölkəmizin idman şərəfini İrlandiyanın paytaxtında Valeh Mustafayev (69 kq), Anar Məmmədov (51 kq) və Albert Qəribov (91 kq) qoruyurlar.

Çempionata noyabrın 29-da yekun vurulacaq.

Qeyd edək ki, Anar Məmmədov Belqradda keçirilən dünya çempionatında K-1 versiyası üzrə gümüş medalın sahibi olmuşdu.

Xəbər 806 dəfə oxundu.