Karles Puyol agent kimi “Barselona”da fəaliyyət göstərəcək
“Barselona”nın keçmiş kapitanı Karles Puyol Kataloniya klubunun yarımmüdafiəçisi Mark Bartranın agenti olub.

Bu barədə "Mundo deportivo” qəzeti məlumat yayıb.

İyirmi dörd yaşlı ispaniyalı oyunçu dörd aydan sonra veteran futbolçudan müsbət cavab ala bilib. Məlum olub ki, gənc futbolçu keçən ilin yayında karyerasını bitirmiş 37 yaşlı Puyolun ilk müştərisidir. Tərəflər arasında müqavilənin müddəti 2017-ci ilədək qüvvədə olacaq.

Xatırladaq ki, Puyol bütün peşəkar karyerasını “Barselona”ya həsr edib. Ötən mövsümün bir neçə matçında isə hətta Bartra və Puyol birlikdə meydana çıxıblar.

Xəbər 704 dəfə oxundu.