İntizam Komitəsinin iclası keçirildi
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşğıdakı qərarlar qəbul olundu.

Topaz Premyer Liqasının XIII turunun “Sumqayıt” – “Qəbələ” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XIII turunun “Rəvan” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XIII turunun “İnter” – AZAL matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

“İnter” klubunun oyunçusu Nizami Hacıyev meydançaya protokolda qeyd olunduğu 8 №-li forma əvəzinə 80 №-li forma ilə çıxıb. Oyunun 12-ci dəqiqəsində hakimin göstərişi ilə formasını dəyişib.

Bununla əlaqədər olaraq İntizam Komitəsi "İnter" klubunun yuxarıda göstərilmiş hadisəyə cavabdeh olan şəxslərinin işinə daha məsuliyyətlə yanaşmasını tələb edir.

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun “Rəvan” – “Zirə” matçında “Rəvan” klubunun 5, “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun “İnter” – AZAL matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 29-cu dəqiqəsində AZAL klubunun 49 №-li futbolçusu Məhəmməd Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun X turunun “Ağsu” – “Göyəzən” matçının 35-ci dəqiqəsində “Ağsu” klubunun 17 №-li futbolçusu Malik Babayev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

I Divizionun X turunun “Mil-Muğan” – “Bakı” matçında “Mil-Muğan” klubunun 4, “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 69-cu dəqiqəsində “Bakı” klubunun 17 №-li futbolçusu Elmin Əsgərli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılarkən azərkeşlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 37.1) (maddə 42.1).

Oyunun 89-cu dəqiqəsində “Bakı” klubunun 46 №-li futbolçusu Yusup Xakimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun X turunun MOİK – “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Xəbər 759 dəfə oxundu.