Akademiyanın həftəsi: 4 səfər qələbəsi
“Xəzər Lənkəran”ın aşağı yaş qrupları başa çatan həftədə də qələbələri sıralayıblar.

Uzaq Tovuz səfərinə yollanan U-17 komandası rəqibini darmadağın etməklə əbəs yerə belə uzun məsafə qət etmədiyini nümayiş etdirdi. Ağadadaş Həmidovun komandası rəqibini 7:1 hesabı ilə məğlub etdi. Bu oyunda poker etməklə Kamal Dənziyev yarışda vurduğu qolların sayını 8-ə çatdırdı (onun hesabında əvəzedicilər çempionatında da 5 qolun olduğunu unutmayaq). Kənan Həsənov bu oyunda dubl etdi, daha bir qolu isə Fərid Nağızadə rəqib qapısından keçirdi.

Xəbər 690 dəfə oxundu.