“AS” nəşri “Neftçi”nin oyunçusunu unudulmuş ispan futbolçuların siyahısına salıb
İspaniyanın məşhur idman nəşri “AS” - “İndi harada oynadıqları az məlum olan 10 keçmiş Premyera futbolçu” başlıqlı yazı dərc edib. Bakının “Neftçi” komandasının 5 nömrəli oyunçusu Mellinin adı da bu siyahidadır.

Məqalədə deyilir ki, 8 il “Betis” klubunda oynamış Xuan Alberto Melli Belçika, Moldova, Yunanıstanda oynadıqdan sonra Azərbaycana gedib. Bir müddət Zaqatalanın “Simurq” komandasında oynayan ispan indi Bakının “Neftçi” klubunda çıxış edir.


AZƏRTAC

Xəbər 818 dəfə oxundu.