Qadın boksçularımızdan dörd medal
Qazaxıstanın Atırau şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnirə yekun vurulub. Komandamız yarışda 1 gümüş və 3 bürünc medala sahib olub.

54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova yarımfinalda 2012-ci ilin dünya çempionu rusiyalı Aleksandra Kuleşovanı məğlub etsə də, finalda yerli boksçu Dina Jolamana uduzub.

Yana Alekseyevna (60 kq), Məryəm Cəbrayılova (64 kq) və Aynur Rzayeva (+81 kq) bürünc medalla kifayətləniblər.

Xəbər 720 dəfə oxundu.