“Terespol-Zirvə”nin mərhələ yarışı keçirildi
Klubumuzun Polşa filialında ağır atletika üzrə seçmə mərhələ yarışı keçirilib. Terespoldakı yarış zalında baş tutan daxili turnirdə 10 idmançı iştirak edib. Baş məşqçi Marek Zielonkanın rəhbərliyi altında 3 qadın və 7 kişi atlet Sinkleyr cədvəli üzrə qalibi müəyyənləşdiriblər. Məhz bu nəticələrə əsasən qışda keçiriləcək final çempionatına iştirakçı seçimi müəyyən ediləcək.

Xəbər 775 dəfə oxundu.