“Qarabağ” – “Tottenhem” matçını yunanıstanlı hakimlər briqadası idarə edəcək
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Tottenhem” (İngiltərə) matçının hakimləri müəyyənləşib.

Oyunun baş hakimi yunanıstanlı Anastasios Sdiropoulos olacaq. Ona həmyerliləri Damians Eftumiadis və Poluçronis Kostaras kömək edəcəklər. Əlavə köməkçi hakim funksiyasını Mixael Koukoulakis və Stavros Tritsonis yerinə yetirəcək. Matçın dördüncü hakimi isə Lazaros Dimitriadis olacaq.

Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Tottenhem” oyunu saat 22:00-da başlayacaq.

Xəbər 669 dəfə oxundu.