Azərbaycanlı idmançı Riqada “Fight Arena” turnirində çıxış edəcək
Dekabrın 5-də Riqadakı “Arena Riga” zalında “Fight Arena” adlı növbəti döyüş şousu keçiriləcək. Budəfəki şounun proqramında peşəkar idmançıların on döyüşü nəzərdə tutulur. Dekabrın 5-də 4 kik-boksinq döyüşçüsü arasında “Casino Europa Club Bar” kuboku uğrunda mübarizə “Fight Arena” turnirində ən maraqlı hadisə olacaq.

Turnirdə latviyalı Yanis Ziyedinş Azərbaycan idmançısı Həsən Xəlilovla qarşılaşacaq.

Latviyanın ən populyar kik-boksçusu Zaur Cavadov da uzun fasilədən sonra rinqə çıxacaq. Onun rəqibi litvalı Mantas Mazjeyka olacaq.

“Arēna Rīga” zalında tamaşaçıları həyəcanlı döyüşlərlə bərabər maraqlı işıq şousu, feşn-şou və rinqdəki qızların şousu gözləyir.

AZƏRTAC

Xəbər 575 dəfə oxundu.