Paralimpiyaçılarımız pauerliftinq üzrə lisenziya xarakterli açıq Avropa çempionatında iştirak edirlər
Macarıstanın Eger şəhərində paralimpiyaçılar arasında pauerliftinq üzrə açıq Avropa çempionatı keçirilir.

Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə yığma komandası da lisenziya xarakterli turnirdə iştirak edir.

Açıq Avropa çempionatına noyabrın 30-da yekun vurulacaq.

Qeyd edirik ki, cari ilin iyulunda Qazaxıstanda keçirilən açıq Asiya çempionatında 107 kiloqram çəki dərəcəsində iştirak edən idmançımız Elşən Hüseynov dünya rekordunu yeniləyərək bu idman növü üzrə “Rio-2016” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmışdı.

Xəbər 668 dəfə oxundu.