Avro-2015 Azərbaycanda?
Azərbaycanda futbol üzrə Avropa çempionatı keçirilə bilər. İdman.com.az saytının məlumatına görə, bu iddia ilə Avstriya mətbuatı çıxış edib. Həmkarlarımız yazır ki, ölkəmiz gənclər arasında 2015-ci ildə keçiriləcək qitə çempionatını keçirməyə namizədlərdən biridir.

Azərbaycanla yanaşı, iddialılıar sırasında Avstriya, Macarıstan, Yunanıstan, Uels, Rusiya və Portuqaliya da var. Qərbi avropalılar bu ölkələr arasında daha çox Uels və Portuqaliyanı şanslı sayırlar. Ən az imkanı olan ölkələr kimi isə, maliyyə böhranı yaşayan Yunanıstan və Macarıstan göstərilib.

Xəbər 1373 dəfə oxundu.