Cüdo üzrə Qran-pri yarışları keçiriləcək
Noyabrın 26-dan 28-dək Koreya Respublikasının Çecu şəhərində cüdo üzrə Qran-pri yarışları keçiriləcək.

ötən həftə Çin Qran-pri yarışlarında uğurla çıxış edən Azərbaycan cüdoçuları Çecuda da tatami üzərinə çıxacaqlar.

Reytinq xarakteri daşıyan turnirdə ölkəmizi Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hüseyn Rəhimli, Əbdulhaqq Rəsullu (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcəklər.

Turnirdə 72 ölkədən 434 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 709 dəfə oxundu.