Reqbi üzrə Bakı şəhər açıq turniri keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “İnter Arenada” reqbi üzrə Bakı şəhər açıq turniri keçirilib.

Nəticələrə görə çempionatda Qarabağ RK birinciyə, Tissa komandası ikinciyə, 132-134 saylı Təhsil Kompleksi üçüncü yerə layiq görülüblər.

Sonda qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 672 dəfə oxundu.