“Qarabağ” – “Tottenhem” oyununun biletləri satışa çıxarılıb
Noyabrın 26-da futbol üzrə Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandası İngiltərənin “Tottenham” klubunu qəbul edəcək.

Artıq qarşılaşmanın biletləri satışa çıxarılıb. Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək matçın biletlərini arenanın kassalarından əldə etmək olar.

Biletlərin qiyməti nömrəli sektorlar üzrə 1, 2, 5, 10 manat üzrə dəyişir. VİP sektora biletlərin qiyməti 50 manatdır.

“Qarabağ” futbol klubu azarkeşləri biletləri sadəcə kassalardan almağa çağırır. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərə satılır.

Xəbər 719 dəfə oxundu.