Azərbaycan boksçusu Qazaxıstanda beynəlxalq turnirin finalına yüksəlib
Qazaxıstanın Atırau şəhərində qadınlar arasında boks üzrə beynəlxalq turnirin finalçıları müəyyənləşib.

Milli komandamızın üzvü Anna Əlimərdanova (54 kq) yarımfinalda rusiyalı rəqibi üzərində qələbə qazanaraq finala yüksəlib. Qızıl medal uğrunda görüşdə boksçumuz Qazaxıstan təmsilçisi ilə qarşılaşacaq.

Milli komandamızın üç üzvü isə bürünc medalla kifayətlənib. Yana Alekseyeva (60 kq), Məryəm Cəbrayılova (64 kq) və Aynur Rzayeva (81 kq-dan yuxarı) yarımfinalda uduzaraq üçüncü olublar.

Qeyd edək ki, turnirə noyabrın 23-də yekun vurulacaq.

Xəbər 1170 dəfə oxundu.