Sərbəst güləş üzrə rayon birinciliyi keçirilib
7-8 noyabr tarixlərində Zərdab rayonunda Bayraq gününə həsr olunmuş uşaq və yeniyetmə idmançılar arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri, bölmənin idman zalında 30 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 9 noyabr Bayraq günü nü qeyd etmək və rayonda idmanın sərbəst güləş növünü inkişaf etdirmək olub.

Yekun nəticələrə görə Xəyal Qocayev (20 kq), Hümmət Nuralıyev (32 kq), Qoşqar Soltanov (35 kq), Məhəmməd Osmanov (38 kq), Pərviz Həziyev (42 kq), İlkin Şükürov (46 kq) yüksək yerə layiq görülüblər.

Xəbər 962 dəfə oxundu.