Zərdabda rayon birinciliyi keçirilib
16-17 noyabr tarixlərində Zərdab rayonunda Milli Dirçəliş gününə həsr olunmuş idmanın Ciu-citsu növü üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri, Bölmənin idman zalında 40 nəfərin iştiarkı ilə keçirilən yarışın məqsədi Milli Dirçəliş gününü qeyd etmək və rayonda idmanın Ciu-citsu növünü inkişaf etdirmək olub.

Yekun nəticələrə görə, Əlimövsüm Rəhimli (20 kq), Fərid Cəfərov (27 kq), Zülqədər Rəşidli (30 kq), Vahid Vahidzadə (35 kq), Vaqif Əliyev (37 kq), Tural Məmmədov (38 kq), Üzeyir Novruzzadə (42 kq), İmaməli Zülfüqarlı (46 kq) yüksək yerə layiq görülüblər.

Xəbər 912 dəfə oxundu.