Kiçik yaşlı yeniyetmələr “Day of children” turnirində 3-cü oldular
Noyabrın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda kiçik yaşlı yeniyetmələr arasında “Day of Children” beynəlxalq turniri keçirilib. Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri iştirak edib.

Yunan-Roma güləşi yarışlarında güləşçilərimiz məşqçilər Fuad Əliyev və Rasim Ağayevin rəhbərliyi altında mübarizə aparıb. Hansı ki, komandamızın heyətində Rəşad Məmmədov (32 kq), Ceyhun Zeynalov (35 kq), Nurlan Quluzadə (38 kq), Telman Əliyev (42 kq), Mirsirac Həsənli (47 kq), Toğrul Quluzadə (53 kq), Cavidan Cavadov (59 kq), Ruslan Hadisov (66 kq), Əlişan Salmanov (73 kq) və Bəhruz Həziyev (85 kq) yer alırdı.

Sərbəst güləşçilərin yarışında isə Süleyman Mirzəyev (32 kq), Cabbad Məmmədzadə (35 kq), İlkin Məmmədov, Rəşid Zeynalov (hər ikisi 38 kq), Tural Əsgərov (42 kq), Əşrəf Aşurov (47 kq), Turan Bayramov (53 kq), Vahid Əlizadə (59 kq), Abdulxaliq Quluzadə (66 kq), Emin Yusubov (73 kq) və Abdulmuslim Məmmədov (85 kq) yığmamızı təmsil edib. Komandaya məşqçi Namiq Quliyev rəhbərlik edirdi.

Azərbaycan yığması bu turnirdə 3-cü yeri tutub. 1-ci yeri Ukrayna, 2-ci yeri isə meydan sahibləri İran komandası tutub.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov ölkəmizi təmsil edib.

Xəbər 689 dəfə oxundu.