Silviya Angelova C qrupunda 9-cu oldu
Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı start götürüb. Corc Broun Konfrans Mərkəzinin Yarış zalında baş tutan turnirdə 115 ölkədən 737 atlet (314 qadın, 423 kişi) medallar uğrunda mübarizəyə qoşulub.

Bu çempionatda Azərbaycan milli komandasının üzvləri də çıxış edirlər ki, onlardan ilki bu gecə körpücük üzərində görünüb. Qadınların yarışında Silviya Angelova mübarizə aparıb. O, 48 kq çəki dərəcəsində C qrupunda çıxış edib.

Silviya toplam 157 kq (67+90) nəticə göstərərək C qrupunda 9-cu yeri tutub. Angelovanın yekun sıralamada neçənci yeri tutacağı B və A qruplarında mübarizə başa çatandan sonra məlum olacaq.

Xəbər 844 dəfə oxundu.