Basketbol üzrə 23-cü Azərbaycan çempionatının dördüncü turunun oyunları keçirilib
Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının dördüncü turunun oyunları keçirilib.

Çempionatın dördüncü turunda “Baku Oilers” komandası BDU-ya 89:53, AZTOP klubu “Dərviş”ə 59:54, NTB “Araz”a 72:56, “Bakı” kollektivi isə “Sıçrayış”a 80:70 hesabı ilə qalib gəlib.

Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq.

Hesabında 8 xal olan “Bakı” və “Baku Oilers” komandaları turnir cədvəlinin 1-2-ci pillələrində qərarlaşıb.

Xəbər 806 dəfə oxundu.