Millimizin futbolçusu “Qartalspor”u məyus edə biləcəkmi?
Bu gün Türkiyənin Bank Asya birinci liqasında 20-ci turun oyunları keçiriləcək. İdman.com.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Ərciyəsspor” doğma divarlar arasında “Qartalspor” klubu ilə qarşılaşacaq.

Hazırda həmyerlimizin komandası 27 xalla 7-ci pillədə qərarlaşıb. Rəqib isə, 23 xalla 13-cü yerdədir. Çox zaman əsas heyətdə yer alan Amitin bu dəfə də startda meydana çıxacağı gözlənilir.

Xəbər 1132 dəfə oxundu.