Azərbaycan cüdoçusu Çin Qran-pri yarışlarında gümüş medal qazanıb
Noyabrın 21-də Çinin Çindao şəhərində cüdo üzrə Qran-pri yarışlarında Azərbaycan millisi bir gümüş medal qazanıb.

Turnirin ikinci günündə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov İspaniya təmsilçisi Koişi Uemaçu, çinli Yınjirqala Sai, Qazaxıstan cüdoçusu Dastan İkibaev, belçikalı Dirk Van Tiçeltuya qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Yaponiya idmançısı Soiçi Haşimotoya məğlub olan R.Orucov gümüş medalla kifayətlənib.

Digər iki cüdoçumuz - Əbdülhəqq Rəsullu (81 kq) və Hüseyn Rəhimli (81 kq) ilkin mərhələdə mübarizəni dayandırıb.

Qeyd edək ki, turnirin ilk günündə milli komandamızın üzvləri İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal qazanmışdılar.

Xəbər 775 dəfə oxundu.