“Telekom” voleybol komandası “Azəryol”a qalib gəlib
Noyabrın 20-də qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışlarının beşinci turu çərçivəsində ilk oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan oyunda “Azəryol” komandası “Telekom”u qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Çempionlar Liqası yarışlarındakı təmsilçimiz “Telekom” 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 744 dəfə oxundu.