Məktəblilər arasında velosiped idmanı üzrə yarışa yekun vurulub
Yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə Hövsan Olimpiya İdman Kompleksində Suraxanı rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib.

Yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 30 komanda iştirak edib.

Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar.

Nəticələrə gəlincə, birinci yerə 270 nömrəli orta məktəbin komandası sahib olub. Yarışda 279 və 280 nömrəli məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbliləri arasında da analoji yarış təşkil ediləcək.

Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı çempionatında iştirak hüququ əldə edirlər.

Xəbər 709 dəfə oxundu.