2011-ci ildə dünya idmanının itkiləri

2011-ci il beynəlxalq idman aləmi üçün yalnız qələbə və sevinc anları ilə yadda qalmadı. Eyni zamanda ağır qəzalara, vaxtsız itkilərə də şahid oldu. www.idman.com.az ötən il baş verən xoşagəlməz hadisələr və itkilərdən bəzilərini diqqətə çatdırır:

- 8 sentyabr 2011-ci ildə Rusiyanın ən güclü buz hokkeyi komandalarından olan Yaroslav “Lokomotiv”ini aparan təyyarə qəzaya uğradı və əksəriyyəti tanınmış hokkeyçi olan 43 nəfər öldü.

- Dünyanın ən məşhur qolfçularından olan ispan Seve Balessteros may ayında vəfat etdi. 54 yaşlı qolfçu xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ballesteros 1970-ci illərdən iştirak etdiyi qolf yarışlarında dünyanın ən güclü qolfçusu olmaqla bərabər, bu idman növünün populyarlıq qazanmasında da böyük rol oynamışdı.

- Boks əfsanəsi Məhəmməd Əlini ilk məğlub edən idmançı olaraq adını tarixə yazdırmış Co Frayzer də ötən il dünyasını dəyişdi. 67 yaşlı Freyzer 1964-cü il Tokio Olimpiya Oyunlarının qalibi olmuşdu.

- Malayziya Qran Prisində baş verən qəzada motosiklet idmançısı, italyan Marko Simonselli həlak oldu.

- Digər motosikletçi, ingilis pilotu Dan Veldon isə Las Veqasdakı “İndycar” yarışlarında keçirdiyi qəzada dünyasını dəyişdi. 33 yaşlı Veldon 2 uşaq atası idi.

- Uels milli futbol komandasını FIFA sıralamasında 117-ci pillədən ilk 50-liyə yüksəldən Qarri Sped noyabrın 27-də, 42 yaşında vəfat etdi. BBC kanalında qatıldığı proqramdan bir neçə saat sonra məşqçinin ölüsü öz evində tapıldı.

- Futbol dünyasını yasa boğan digər bir hadisə də dekabrda Braziliyadan gəldi. Braziliya futbolunun yetişdirdiyi ən böyük adlardan biri olan Sokrates 57 yaşında vəfat etti. Pele, Sokratesi 2004-cü ilin mart ayında yaşayan ən yaxşı 125 futbolçu arasında göstərmişdi.

Xəbər 2608 dəfə oxundu.