Azərbaycan millisi yoxlama oyununda böyük hesablı qələbə qazanıb | |
Futzal üzrə Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlığını davam etdirir. Millimiz Azərbaycan klublarının üzvlərindən ibarət yığma ilə yoxlama oyunu keçirib. Bakı İdman Sarayında təşkil olunan oyunda millimiz 7:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Rafael, Edu və Amadeu dubl edib, Auqusto isə bir dəfə fərqlənib. Qeyd edək ki, dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarının dekabrın 10-13-də Xorvatiyanın Osiyek şəhərində keçiriləcək. Millimiz “B” qrupunda meydan sahibləri ilə yanaşı, İsveç və Belarus yığmasına qarşı mübarizə aparacaq. |
|
Xəbər 702 dəfə oxundu. |
|
|