Rusiya London qızılına görə 130 min dollar mükafat verəcək
2012-ci ildə Londonda keçiriləcək XXX Olimpiya və XIV Paralimpiya oyunlarında qələbə qazanan Rusiya idmançılarının hər biri 4 milyon rubl (130 min ABŞ dolları), gümüş mükafatçılar 2,5 milyon rubl (80 min ABŞ dolları), bürünc mükafatçılar isə 1,7 milyon rubl (55 min ABŞ dolları)məbləğində mükafatlandırılacaq.

Rusiya KİV-lərinin yazdığına görə, müvafiq qərarı Rusiya hökumətinin başçısı Vladimir Putin imzalayıb.

RF hökumətinin saytında dərc olunmuş sənədə görə, olimpiadaların qaliblərinin və mükafatçılarının hazırlığını təmin etmiş məşqçilərə və mütəxəssislərə pul mükafatının məbləğini İdman və Turizm Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşma əsasında Olimpiya və Paralimpiya komitələri ilə birlikdə müəyyən edəcək.

Xəbər 1058 dəfə oxundu.