Şahmat üzrə Avropa çempionatında kişi və qadın şahmatçıları növbəti görüşlərini keçirib
Reykyavikdə şahmat üzrə komandalar arasında Avropa çempionatında Azərbaycanın kişi və qadın şahmatçıları növbəti görüşlərini keçirib.

Bu barədə Azərbaycan Şahmat Federasiyasından bildiriblər.

Rəqiblər Hollandiya və Polşanın zəka sahibləri olub.

Kişilərdən ibarət komanda Arkadi Naydiçin sayəsində qələbəyə nail olub. Qadınlardan ibarət Azərbaycan millisində komandada isə Nərmin Kazımova qələbə qazansa da, Zeynəb Məmmədyarova və Xəyalə Abdulla uduzub.

Kişilər
Azərbaycan - Hollandiya - 2,5:1,5
Şəhriyar Məmmədyarov - Aniş Giri - 0,5:0,5
Teymur Rəcəbov - Ervin Lami - 0,5:0,5
Arkadi Naydiç - İvan Sokolov - 1:0
Rauf Mamedov - Sergey Tivyakov - 0,5:0,5

Qadınlar
Azərbaycan - Polşa - 1,5:2:5
Zeynəb Məmmədyarova - Monika Sokko - 0:1
Gülnar Məmmədova - İveta Rayliç - 0,5:0,5
Nərmin Kazımova - Karina Şçepkovska-Horovska - 1:0
Xəyalə Abdulla - Yoanna Maydan-Qajevska - 0:1

6 turdan sonra xallarını 9-a çatdıran kişilərdən ibarət yığmamız 3-cü pilləyə yüksəlib. Növbəti görüşdə qara fiqurlarla çıxış edəcək komandamızın rəqibi Latviya olacaq. Qadın millimiz isə Polşaya məğlubiyyətdən sonra 6 xalla 16-cı pilləyə enib. Növbəti turda qara fiqurlarla oynayacaq komandamızın rəqibi Ermənistan olacaq.


Xəbər 630 dəfə oxundu.