İspaniya və Portuqaliya futbol klubları İberiya liqasında çıxış edə bilərlər
İspaniya və Portuqaliya Peşəkar Futbol liqaları yeni turnir - İberiya liqasını yaratmağı düşünür.

İspaniya Futbol Federasiyasının prezidenti Xavyer Tebas bu məsələni portuqaliyalı həmkarı keçmiş hakim Pedro Proensa ilə müzakirə edib.

İspaniya mətbuatının məlumatına görə, burada söhbət iki ölkənin çempionatının birləşməsindən deyil, ayrıca bir turnirin yaradılmasından gedir. Rəhbərlər bununla komandaların gəlirini qaldırmaq niyyətindədir.

Xəbər 840 dəfə oxundu.