Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub
FİFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan yığması siyahıdakı mövqeyini qoruyub. Belə ki, komandamız 1369 xalla 13-cü pillədə qərarlaşıb.

Millimizin “Avro-2016”nın final mərhələsindəki rəqibləri İtaliya (1726 xal) dördüncü, Çexiya (1396 xal) on birinci pillədədir. Futzal üzrə dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizdən isə Xorvatiya 1344 xalla 16-cı, Belarus 1224 xalla 21-ci, İsveç millisi isə 893 xalla 62-ci yerdədir.

Siyahıda ilk pillədə 1922 xalla İspaniya millisi qərarlaşıb. Braziliya komandası (1909 xal) ikinci, Rusiya millisi (1746) isə üçüncü yerdədir.

Xəbər 711 dəfə oxundu.