Azərbaycan boksçusu Sofiyadan qızıl medalla dönür
Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında “Balkan Cup” beynəlxalq turnirinə yekun vurulub.

Yarışda Azərbaycan yığması bir qızıl medal qazanıb.

London Olimpiadasının iştirakçısı Yelena Vıstropova 69 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarımfinalda Kanada təmsilçisini məğlub edən boksçumuz, finalda isə ispaniyalı Mirriam Qutyerrez Parranidən güclü olub.

Qeyd edək ki, “Balkan Cup” turnirində İngiltərə, Fransa, İtaliya, Ukrayna, Bolqarıstan, Vyetnam, Kanada, Avstraliya, Yaponiya, Mərakeş və Əlcəzairdən boksçular mübarizə aparıblar.

Xəbər 888 dəfə oxundu.