U-19 liqasında 7-ci turun oyunları keçirilib
AFFA-nın təşkilatçılığı ilə keçirilən U-19 liqasında 7-ci turun oyunları keçirilib. “Zirə”nin bu yaş qrupu üzrə komandası “Neftçi” İB-nin qonağı olub. Lökbatan İdman Kompleksində keçirilən oyuna yaxşı başlayan “yeniyetmə qartallar” tezliklə hesabı açdılar. Yusif Cəfərov cərimə meydanı qarşısından aşırma zərbə ilə topu tora göndərdi. Üstünlüyü əldən verməyən Füzuli Məmmədovun komandası fasiləyə qədər daha bir dəfə rəqibi mərkəzə dəvət etdi. Elçin Əliyev iti bucaq altından yaxın küncü dəqiq nişan aldı. Birinci hissə “Zirə”nin 2-0 hesablı üstünlüyü ilə başa çatdı. Fasilədən sonra da rəqibindən daha yaxşı oyun nümayiş etdirən “yeniyetmə qartallar” daha iki qol vurdular. Oyuna sonradan qoşulan Əli Əlizadə dubla imza atdı. Beləliklə, “Zirə” 4-0 hesablı qələbə qazanaraq iddiasını davam etdirdi. 7 turdan sonra komandamızla yanaşı, “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı”nın hesabında 16 xal var.

Xəbər 674 dəfə oxundu.