Hakan Şükürdən Həmzəoğlu şərhi
"Qalatasaray"ın baş məşqçisi Həmzə Həmzəoğlunun istefası futbol ictimaiyyətini təəccübləndirib.

Qalatasaray əfsanəsi Hakan Şükür isə bu qərarı gözlədiyini ifadə edib. Hakan Şükür baş məşqçinin qərarı ilə bağlı fikirlərini twitter hesabından açıqlayıb:

"Həmzə müəllimin ayrılışı məni təəccübləndirmədi. Hesabat hadisəsindən sonra geri sayma başlamışdı. 3 kubok qazanan və 4 ulduz taxan müəllim olaraq tarixə düşdü. Yolun açıq olsun qardaşım Həmzə ... Çox şey deyə bilərəm, amma Həmzə müəllimin rəhbərlik qərarına hörmət edib, Xeyirli olsun deyirəm".

Xəbər 694 dəfə oxundu.