4 futbolçumuz Azərbaycan yığmasında
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. Noyabrın 19-dan 21-dək Bakıda baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 futbolçusu dəvət olunub. Bunlar Seymur Həmidov, Xəyal Tomarov, Eşqin İsrafilov və Bəşir Aylarovdur.

Xəbər 682 dəfə oxundu.