Avropanın derbiləri “Topaz”da
“Topaz” bu gün keçiriləcək oyunların əmsallarını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, ölkəmizdə fəaliyyət göstərən yeganə mərc oyunları operatoru proqramında 3 təkli matça yer verib. Bunlar “Fənərbağça” – “Beşikdaş”, “Çelsi” – Mançestr Yunayted”, “Olimpik” (Marsel) – “Olimpik” (Lion) qarşılaşmalarıdır.

“Topaz” proqramında təkli oyunlarla yanaşı, daha 72 ekspress futbol oyunu təqdim olunub.
Proqnozsevərlər, həmçinin Kontinental Hokkey Liqasının 5, İtaliya, İspaniya və Almaniya basketbol liqalarının tam 36 ekspress oyununa pul qoyuluşu edə bilərlər.

Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. “Topaz” iştirakçıları yalnız 2012-ci ildə 3 000 000 manatdan artıq uduşa sahib olublar.

Xəbər 963 dəfə oxundu.